Tarixçə
“Coolpex” şirkətinin əsası 2009-cu ildə qoyulmuş və qısa bir müddət ərzində güvən mənbəyinə çevrilmişdir. İllərin təcrübəsi və müştərilərdə yaratdığı yüksək etimad nəticəsində artıq tək paytaxtda deyil, regionlarımızda da fəaliyyət göstərir.
Fəaliyyət
Şirkətin əsas fəaliyyəti su filtrlərinin çatdırılması və quraşdırılması, filtrasiya sistemlərinin istehsalı, suyun zəhərli kimyəvi maddələrdən, habelə bir sıra zərərli bakteriya və mikroblardan təmizlənməsi, codluğunun və bulanıqlığının aradan qaldırılmasından ibarətdir. Bundan əlavə, şirkətimiz zavod və fabriklərin çirkab sulardan təmizlənməsi, həmçinin dəniz və quyu sularının şirin suya çevrilməsi işlərini həyata keçirir.
Su filtrləri haqqında qısa məlumat
Mayeni içində olan bərk cisimlərdən, habelə bir sıra zərərli elementlərdən ayırmaq üçün istifadə olunan cihaza və ya məsaməli cismə filtr deyilir. Su filtrləri suyun tərkibindəki ziyanlı maddələri, zəhərli kimyəvi birləşmələri, gözlə görülməsi mümkün olmayan xırda mikroorqanizmləri məhv edərək onu tibbi baxımdan tam sağlam və faydalı hala gətirir. Filtrdən keçməmiş suyun içilməsi bir çox xəstəliklərə səbəb ola bilər.
Filtrlər quruluşca iki növ olur:
1. Mexaniki filtrlər
2. Əks osmos sistemli filtrlər
Mexaniki filtlər də hər ikisi ümumi xəttə quraşdırılmaqla iki hissədən ibarətdir. Birinci hissədə suyun tərkibindəki daş, qum, çınqıl aradan qaldırılır, ikinci hissə isə suyun yumşaldılması və daha dərindən təmizlənməsinə xidmət edir ki, bu da kombi, ariston kimi cihazlardakı ərplənmənin, kirəcləşmənin qarşısını alır.
Əks osmos sistemli filtrlərdə mexaniki filtrlərdən fərqli olaraq membran filtri də mövcuddur. Bu sistemə əsaslanan filtrlərin əsas iş prinsipi aşağıdakı kimidir:
Şəbəkədən gələn su əvvəlcə pambıq filtrinə daxil olaraq nisbətən irihəcmli zibillərdən – daş, çınqıl, qum və s.-dən təmizlənir. Daha sonra su xırdalanmış kömür filtrinə keçir ki, bu da sudakı qoxu, dad və xlorun aradan qaldırılmasına şərait yaradır. Növbəti filtr isə sudakı bulanıqlığı götürərək onu şəffaflaşdıran preslənmiş kömür filtridir. Bütün təmizləmə işləri filtrlərin daxilində yerləşən kartriclər vasitəsilə həyata keçirilir. Daha sonra vakuumla əhatələnmiş membran filtrə daxil olan su molekulyar səviyyədə tamamilə təmizlənib xam hala salınır. Xam suyun ağız dadına uyğun olmaması səbəbilə su son iki mərhələdən – dəmirlə zənginləşdirici kokos və mineralla, yodla zənginləşdirici mineral filtrindən keçirilərək çənə, oradan da krana daxil edilir. Su filtrlərinin satış qiyməti filtr qurğularının açıq və ya qapalı olmasına görə dəyişir. Qapalı qurğular qətiyyən əl təmasına məruz qalmadığı üçün daha baha, daha sağlam və daha məsləhətlidir.