Əks osmos barədə qısa məlumat
Əks osmos sistemli su filterinin əsas işləmə prinsipi aşağıdakı kimidir:
Şəbəkədən gələn su əvvəlcə pambıq filtrinə daxil olaraq nisbətən irihəcmli zibillərdən – daş, çınqıl, qum və s.-dən təmizlənir. Daha sonra su xırdalanmış kömür filterinə keçir ki, bu da sudakı qoxu, dad və xlorun aradan qaldırılmasına şərait yaradır. Növbəti filter isə sudakı bulanıqlığı götürərək onu şəffaflaşdıran preslənmiş kömür filtridir. Bütün təmizləmə işləri filterlərin daxilində yerləşən kartriclər vasitəsilə həyata keçirilir.
Daha sonra vakuumla əhatələnmiş membran filterə daxil olan su molekulyar səviyyədə tamamilə təmizlənib xam hala salınır. Xam suyun ağız dadına uyğun olmaması səbəbilə su son iki mərhələdən – dəmirlə zənginləşdirici kokos və mineralla, yodla zənginləşdirici mineral filterindən keçirilərək çənə, oradan da krana daxil edilir.
Aquaphor su filterləri
Aquaphor su filterində taxılmış nasos aşağı təzyiqdə stabil işi təmin edir. Nasos səssiz işləyir. Bütün əks osmos sistemləri kimi borudakı suda olan qatqıların: bakteriya, nitrat, fəal xlor və birləşmələri, ağır metal və s. öhdəsindən gəlinir. Bu filtir sudakı sərt duzları tamamilə aradan qaldırır və suyu yumşaq edir. Həmçinin incə ev alətlərini ərpdən qoruyur.
Aquafor su filterini digərlərindən fərqləndirən cəhət təəssüf ki, kartriclərinin qiymətinin həddindən artıq baha olmasıdır. Halbuki, filtrasiya keyfiyyətinə görə onun digər filterlərdən kəskin seçilən xüsusi özəlliyi və ya üstünlüyü yoxdur. Bu halda düşünmək lazımdır. Bəs bu qurğuları alıb baha qiymətə kartric dəyişdirməyə dəyərmi?
Aquaphor su filteri kartriclərini ucuz qiymətə haradan tapmaq olar?
Qeyd edək ki, hal-hazırda bazarda müxtəlif qiymətlərə müxtəlif növ su filterləri mövcuddur. Onların arasında “Bakservis” şirkəti ona görə seçilir ki, münasib qiymətə keyfiyyətli məhsulların satışı, həmçinin servisi ilə məşğul olur. Ucuz qiymətə
Aquaphor su filterinin kartriclərini axtaranlara gəldikdə isə, yaxşı olar ki, özlərini çox yormasınlar. Çünki münasib qiymətə bu kartriclərin satıldığı yer Azərbaycanda, Bakıda mövcud deyil.
Onun əvəzinə Akvafordan keyfiyyətcə heç də geri qalmayan Türkiyə istehsalı eks osmos sistemli su filterləri almaq məsləhətdir ki, bunların da ən sərfəli qiymətə satışı ilə məhz “Bakservis” şirkəti məşğul olur. Bakservis yeganə şirkətdir ki, üç önləyici kartriclərin dəyişdirilməsini cəmi 35 AZN-ə həyata keçirir. Şirkətin təqdim etdiyi məhsulları nəzərdən keçirmək üçün bu linkə klikləyin.