Artiq 12 ildir ki, “COOLPEX” şirkəti Azərbaycanda fəaliyyət göstərir. Şirkətin əsas fəaliyyətləri filtrlərin çatdırılması və istismarı, filtrasiya sistemlərinin istehsalı, suyun zəhərli kimyəvi maddələrdən, bakteriya və mikroblardan təmizlənməsi, sərtliyinin və bulanığlığının aradan qaldırılmasıdır. Bundan əlavə, şirkət zavod və fabriklərdə çirkab suların təmizlənməsi ilə yanaşı dəniz və quyu suyunun şirin suya çevrilməsi üzərində işləyir.